ABŞ Şimali Koreya ilə bağlı Rusiya və Çinə ümid edir

ABŞ Şimali Koreya ilə bağlı Rusiya və Çinə ümid edir

ABŞ Çin və Rusiyanın mümkün nüvə sınağının qarşısını almaq üçün KXDR-ə təsir göstərməsini istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ mərtbuatı bu barədə xəbəri yüksək rütbəli amerikalı məmura istinadən yayıb.

Amerikalı məmur Rusiya və Çinin hərəkətlərinin Şimali Koreyaya təsir etdiyinə inandığını bildirib. “Çin və Rusiya uzun müddətdir Şimali Koreyanın nüvə proqramına qarşı çıxıblar. Biz inanır və mütləq olaraq gözləyirik ki, onlar KXDR-i nüvə sınağı keçirməməyə inandırmaq üçün əllərində olan təsirlərdən istifadə edəcəklər”.

O, həmçinin ABŞ rəsmilərinin KXDR-in nə vaxt nüvə sınaqları keçirə biləcəyi ilə bağlı dəqiq qrafikə malik olmadığını da etiraf edib.

Qeyd edək ki, amerikalı rəsmi bəyanatı ABŞ-ın Şimali Koreyanın raket buraxılışları ilə bağlı cümə günü BMT Təhlükəsizlik Şurasının iclasını tələb etməsindən sonra verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə