Ulf Kristersson noyabrın 8-də Türkiyəyə səfərə gələcək

Ulf Kristersson noyabrın 8-də Türkiyəyə səfərə gələcək

İsveçin Baş naziri Ulf Kristersson noyabrın 8-də Türkiyəyə səfərə gələcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, İsveç hökumətindən verilən açıqlamada Kristerssonun Prezident Ərdoğanla görüşmək üçün paytaxt Ankaraya səfər edəcəyi bildirilib.

Kristersson oktyabrın 20-də Prezident Ərdoğana məktub ünvanlayaraq, İsveçin NATO-ya üzvlük prosesini müzakirə etmək üçün Ankaraya səfər etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 5-6-da İsveç Ədliyyə Nazirliyinin nümayəndə heyəti paytaxt Ankarada eyni məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmiləri ilə görüş keçirib.

İyunun 28-də NATO-nun Madrid Zirvə toplantısında Türkiye, Finlandiya və İsveç arasında Üçlü Memorandum imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə