“Eren Blokada payız- Qış-8” əməliyyatına start verilib

“Eren Blokada payız- Qış-8” əməliyyatına start verilib

Eren Blokada Payız-Qış-8 Şəhid Təhlükəsizlik Mühafizəçisi “Fərrhat Gedik” əməliyyatına Amanoslar bölgəsində (Hatay, Adana, Qaziantep, Osmaniye, Kilis) 1216 heyətin iştirakı ilə start verilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, əməliyyat separatçı terror təşkilatı PKK-nı ölkə gündəmindən çıxarmaq, qışlama bazası sahələrini müəyyən etmək, istifadə etdikləri sığınacaq sahələrini məhv etmək, terrorçuların sərhəd keçidlərinin qarşısını almaq məqsədilə başladılıb.

Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyat çərçivəsində 11 fərqli nöqtədə separatçı terror təşkilatı PKK-ya məxsus sığınacaq və anbarlar məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə