“Müharibə başlasa, itkilər böyük olacaq”

Çinin Müdafiə Nazirliyi hərbi qarşıdurma baş verəcəyi təqdirdə hazırlıq barədə məlumat verib
“Müharibə başlasa, itkilər böyük olacaq”

Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirib ki, Çin Xalq Azadlıq Ordusu hərbi münaqişəyə hazırlaşmağa davam edir. O əlavə edib ki, ordu Tayvanda separatizmin istənilən formasına qəti şəkildə qarşıdır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Tan Kefei, həmişə olduğdu kimi, bu gün də Tayvan məsələsinin Çinin daxili işi olduğunu bildirib.

Buna görə də, Pekin başqa dövlətlərin heç bir müdaxiləsinə dözmür deyən Çin səlahiyyətlisi, müharibə başlayacağı təqdirdə Tayvanı məğlub etsələr də, amma itkilərin böyük olacağını da istisna etməyib.

Kefei, Vaşinqtonun son vaxtlar davamlı olaraq “tək Çin” prinsipini tətbiq edərək, Tayvanı Pekinə təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını bildirir.

Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri Çinin suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur. Bundan əlavə, onlar makroregionda sülh və sabitliyə təhlükə yaradırlar.

Qeyd edək ki, bundan əvvəl G7-nin xarici işlər nazirlərinin beynəlxalq gündəlikdəki mühüm məsələlərlə bağlı birgə çıxış etməyi planlaşdırıldığı bildirilmişdi. Xüsusilə də, onlar Tayvan boğazında status-kvonun saxlanmasını tələb edəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə