Avropa İttifaqı ölkələri Rusiyanın enerji resursundan imtina etdiyinə görə, Rusiya yeraltı qaz anbarlarının doldurulmasına külli miqdarda vəsait xərcləyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda yeraltı anbarlarda yanacağın ümumi dəyəri 104,8 milyard dollara çatıb.
Qeyd edək ki, Avropa İttifaqı dövlətləri qış dövrü başlamazdan əvvəl öz anbarlarını mümkün qədər doldurmağa çalışdıqları bildirilir. Onlar alternativ mənbələrdən maksimum istifadə edib, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və bir çox başqa ölkələrdən tədarüklər barədə razılığa gəliblər.
İddialara görə, gələcəkdə Avropa ölkələrinin yeraltı anbarların doldurulması xərcləri yalnız artacaq.
Nə bilmək olar, Avropa ölkələrinin mövcud ehtiyatları qışda tamamilə tükənə də bilər.
Ona görə də, bu halda Avropa Birliyi “çənləri doldurmaq üçün yeni yarışa” başlamalı olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB