"Microsoft"dan Ukraynaya 100 milyonluq yardım edəcək

"Microsoft"dan Ukraynaya 100 milyonluq yardım edəcək

Amerikanın "Microsoft" korporasiyası 2023-cü ildə Ukraynaya texnoloji dəstəyini genişləndirməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Bred Smit Ukraynanın rəqəmsal transformasiya naziri Mixailo Fedorov ilə görüşdə bildirib.

O, Ukraynaya 100 milyon dollar məbləğində əlavə yardım göstərməyi düşünür.

“Bu yardım Ukraynadakı dövlət qurumlarının, mühüm infrastruktur obyektlərinin və digər sektorların öz rəqəmsal infrastrukturunu idarə etməyə və bulud vasitəsilə vətəndaşlara xidmət göstərməyə davam etməsini təmin edəcək", - açıqlamada qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə