ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə onun müşavirləri məlumat verib.
Onların sözlərinə görə, Ağ Evin keçmiş rəhbəri ABŞ Konqresinə 2022-ci il noyabrın 8-də keçiriləcək seçkilərdən sonra prezident seçkilərində iştirak etmək niyyətini açıqlamağa hazırlaşır.
“Tramp 2024-cü ildə öz namizədliyini irəli sürəcək. Düşünürəm ki, o, namizədliyini irəli sürmək istəyir və Şükran gününə qədər namizədliyin elan edilməsi ona rəqibləri qarşısında üstünlük verir və o, bunu yaxşı başa düşür”.
Qeyd edək ki, bunu Trampın məsləhətçilərindən biri deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB