Putin monitordakı qaralmalara diqqət çəkib

Putin monitordakı qaralmalara diqqət çəkib

Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşü zamanı Moskva şəhərində elektrik enerjisinin kəsilməsinin İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun hesabatla çıxışına mane olmayacağına ümid etdiyini bildirib.

Görüşdə dövlət başçısı investisiya dəstəyi məsələsinə keçməyi təklif edib. Eyni zamanda o, ümid etdiyini bildirib ki, kompleksdə aparılan təmir işləri Reşetnikovun məruzə ilə çıxışına mane olmayacaq.

Reşetnikov prezidentə cavab verdi ki, hər şey qaydasındadır, elektrik enerjisi bərpa olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bundan bir qədər əvvəl Putinin Kremldəki ofisində yerləşən böyük monitordakı görüntü dəyişib. Reşetnikovun kabinetində işıq isə sönüb. Bir müddət sonra işıq yenidən yanıb.

Bu arada Moskvanın mərkəzində IQ blokunda elektrik kəsilməsinə enerjinin artımı səbəb olduğu bildirilib. Binalardan yüzə yaxın insanın təxliyə edildiyi də bildirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi yanğın əlamətlərinin olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə