Lapid Netanyahunu təbrik edib

İsrailin baş naziri Yair Lapid bu gün müxalifət lideri Benyamin Netanyahunu noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Yerli “Kan” radiostansiyasının məlumatına görə, Lapid həmçinin bildirib ki, o, hökumət aparatının rəhbərinin bütün şöbələrinə hakimiyyətin nizamlı şəkildə ötürülməsinə hazırlaşmağı tapşırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bundan əvvəl İsraildə keçirilən parlament seçkilərində səslərin 99 faizinin hesablanmasından sonra Netanyahunun başçılıq etdiyi sağçı partiyalar bloku yenə də liderlik etdiyi bildirilmişdi. Belə ki, onlar Knessetdəki 120 yerdən 64-nə arxalana bilərlər.

Qeyd edək ki, səsvermənin yekun nəticələri noyabrın 4-də açıqlanacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə