Rusiya lideri G20 sammitində iştirak etsə, bu halda Zelenski İndoneziyaya getməyəcəyini deyir
Putin getsə, mən getməyəcəm!

Rusiya prezidenti Vladimir Putin orada olarsa, Ukrayna prezidenti Vladimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak etməyəcək.

SİA xəbər verir ki, Zelensk bunu Kiyevdə keçirdiyi brifinqdə jurnalistlərin sualını cavablandırarkən deyib:

“Mənim şəxsi və Ukraynanın mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri iştirak edərsə, onda Ukrayna iştirak etməyəcək”.

Dövlət başçısı hazırda Ukraynanın qarşıdan gələn sammitə hazırlaşdığını da gizlətməyib.

Yeri gəlmişkən Zelenski elə bu gün də İndoneziya prezidenti ilə sammitə hazırlıq məsələlərini müzakirə etdiyini bildirib.

“Hər halda, bu gün bizi yenidən dəvət etdilər. Görəcəyik, sayılı günlər qalıb”, - deyə Zelenski bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə