ABŞ-ın Rusiyaya mal ixracı ən yüksək həddə çatıb

ABŞ-ın Rusiyaya mal ixracı ən yüksək həddə çatıb

Sentyabrda ABŞ mallarının Rusiyaya ixracı 2022-ci ilin martından bəri ən yüksək həddə çataraq 90,4 milyon dollar təşkil edib. SİA-nın əldə etdiyi məlumata görə, rekord rəqəm ABŞ-ın əsas statistika agentliyi olan Census Bureau-nun hesabatının dərcindən sonra məlum olub.

ABŞ-ın beynəlxalq ticarət məlumatlarına görə, sentyabr ayında Rusiyaya ixrac əvvəlki beş ayın hər birindən daha yüksək olub. Avqustda Rusiya Federasiyasına 66,8 milyon ABŞ dolları, iyulda isə 82,5 milyon dollar dəyərində mal gətirilib. Bununla belə, ABŞ-dan Rusiyaya mal tədarükü hələ də böhrandan əvvəlki səviyyədən bir neçə dəfə azdır. Belə ki, ilin əvvəli ilə müqayisədə ixrac 306,4 milyon dollar azalıb.

Rusiya mallarının ABŞ-a idxalına gəlincə, bu azalmaqda davam edir - payızın ilk ayında bu rəqəm ilin əvvəlindən minimumu yeniləyərək avqustda 522,1 milyon dollara qarşı 332,1 milyon dollara düşüb.

Yanvar ayından etibarən tədarüklər demək olar ki, altı dəfə azalıb - sonra onlar 1,959 milyard dollar dəyərində qiymətləndirilib.

Avqustun sonunda Böyük Britaniya iyun ayında statistika tarixində ilk dəfə olaraq Rusiyadan yanacaq tədarükü olmadan yaşadığını bildirib.

Qeyd edək ki, ticarət sahəsində iki ölkə arasındakı ən aşağı göstərici 1997-ci ildə qeydə alınıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə