Vuçiç da bilir, amma “demək istəmir”?

Vuçiç da bilir, amma “demək istəmir”?

Serbiya prezidenti Aleksandar Vuçiç, dünya siyasətçilərinin guya Baltik dənizində “Şimal axını” qaz kəmərində baş verən partlayışları kimin təşkil etdiyini bilirlər, lakin öz dövlətlərinə zərər vurmamaq üçün “səslərini içəri salıb” susurlar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Vuçiç dünyada Baltikyanı sabotajı kimin törətdiyini bilməyən siyasətçi yoxdur, lakin biz hamımız ölkələrimizin mənafeyinə zərər verməmək üçün özümüzü elə göstəririk ki, guya heç nə bilmirik və ona görə də susuruq. Serbiya prezidentinə görə, bu ikiüzlülük hər yerdə hökm sürür.

Baltik dənizindəki hadisələrdən sonra Vuçiç belə bir təxribatın “Türk axını” qaz kəmərində və ya onun davamı olan “Balkan axını”nda da baş verə biləcəyindən narahatlığını ifadə edib. O, həmçinin əlavə edib ki, Serbiyanın qaz ötürmə sisteminin əsas nöqtəsi Cəbəl bələdiyyəsi ərazisindəki kompressor stansiyasıdır. Vuçiç vurğulayıb ki, o, “kəşfiyyat orqanları və pilotsuz təyyarələr tərəfindən hərtərəfli mühafizə olunur”, lakin Serbiyadan kənarda dəniz təxribatının mümkünlüyü onu narahat edir.

Xatırladaq ki, sentyabrın 26-da “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində eyni vaxtda qəzalar baş verib. İsveç rəsmiləri bildiriblər ki, təxminən eyni vaxtda seysmoloqlar boru kəməri marşrutları boyunca iki partlayış qeydə alıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə