Polis bölməsinə silahlı hücum olub - yaralanan var

Polis bölməsinə silahlı hücum olub - yaralanan var

İranın Sistan və Bəlucistan əyalətində Xaş polis bölməsinə silahlı hücum olunub. SİA-nın Tehran bürosunun məlumatına görə, “Peugeot 405” markalı avtomobildə olan naməlum şəxslər bir neçə saat əvvəl Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar.

Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb. Sözügedən avtomobil hadisə yerindən yayınıb. Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə