Tokayev yanvar aksiyalarının iştirakçılarına amnistiya verib

Tokayev yanvar aksiyalarının iştirakçılarına amnistiya verib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvar etirazlarının 1500 iştirakçısı üçün amnistiya qanunu imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tokayevin mətbuat xidməti bildirib.

Qanun ölkədə yanvar aksiyalarının iştirakçısı olan 40-dan çox məhkumun dərhal koloniyalardan azad edilməsini nəzərdə tutur. Belə ki, altı ay ərzində daha 50 məhbus azadlığa buraxılacaq.

Bundan başqa, amnistiya yanvar hadisələri zamanı qanunsuz hərəkətlərin qarşısını almış, eyni zamanda özləri də cinayət törətmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarına və hərbçilərə şamil ediləcək.

Dövlət azadlığa çıxanların hamısına işlə təmin olunmaq, sənədləşmə işləri və tibbi yardım göstərəcək.

Qeyd edək ki, Prezidentin amnistiyası terrorizm, işgəncə, dövlətə xəyanət, korrupsiya cinayətləri və yanvar aksiyaları zamanı kütləvi iğtişaşların təşkili ilə bağlı işlərdə təqsirləndirilən şəxslərə şamil edilmir.

Onu da bildirək ki, 2022-ci il iyunun sonunda Qazaxıstan Baş Prokurorluğu yanvar ayında ölənlərin sayının 230 nəfər olduğunu bildirsə də, onlardan neçəsinin təhlükəsizlik qüvvələri tərəfindən, neçəsinin isə iğtişaşçıların özləri tərəfindən öldürüldüyü hələlik məlum deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə