Səudiyyə hücuma məruz qalacağı ilə bağlı xəbərdarlıq edir

Səudiyyə hücuma məruz qalacağı ilə bağlı xəbərdarlıq edir

Bu arada Ər-Riyad Vaşinqtona İranın yaxınlarda Səudiyyə Ərəbistanına “qaçılmaz hücumu” barədə kəşfiyyat məlumatlarına malik olduğunu bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu da, təbii ki, ABŞ və Yaxın Şərqdəki digər hərbi qüvvələrin döyüş hazırlığının artmasına səbəb olub.

Qeyd edək ki, bu gün həm İran Kəşfiyyat Nazirliyi, həm də İslam İnqilabı Keşikçiləri Korpusu ölkədəki yaşantıların, yəni iğtişaşların təşəbbüs və təşkilatçıları kimi ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanını görürlər. İran rəsmiləri bu ölkələri yanlış hicab geyindiyinə görə saxlanılan Məhsa Əmininin ölümündən planlı şəkildə yararlandıqlarını və ölkədə hərc-mərclik həyata keçirməkdə ittiham edir.

Səudiyyə Ərəbistanı rəsmilərinin bəyanatına görə, İran diqqəti daxili etirazlardan yayındırmaq üçün İraq Kürdüstanının Ərbilə yanaşı krallığa da hücumlar planlaşdırır. Qeyd edək ki, məsələnin “ciddiliyini” nəzərə alan ABŞ, Səudiyyə Ərəbistanı və regionun bir sıra ölkələri öz silahlı qüvvələrinin döyüş hazırlığının səviyyəsini artırmağa başlayıblar.

Xatırladaq ki, keçən ay Keşikçilər Korpusunun komandiri Səudiyyə Ərəbistanına İrandakı etirazların ölkə mətbuatında işıqlandırılmasını məhdudlaşdırması ilə bağlı xəbərdarlıq etmişdi. İranın Şərqi Azərbaycan əyalətində keçirilən hərbi təlimlərdə isə general-mayor Hüseyn Səlami Ər-Riyada “barmaq silkələyərək” “...bu bizim son xəbərdarlığımızdır, çünki siz media vasitəsilə bizim daxili işlərimizə qarışırsınız” –deyə, bu da öz xəbərdarlığını etmişdi.

İrandakı mitinqlər isə hələ ki, səngiməyib?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə