Rusiyanın Ukraynadakı uğursuzluğunun üç əsas səbəbi

Böyük Britaniyanın müdafiə naziri əsas səbəbləri açıqladı
Rusiyanın Ukraynadakı uğursuzluğunun üç əsas səbəbi

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın Ukraynadakı “ildırım sürətili” hücumunun iflasa uğrumasını rusların normal rabitəsinin, zirehli və hərtərəfli hava hücumundan müdafiəsinin olmaması ilə əlaqələndirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” yazır.

İngilis nazirə görə, ruslar say baxımından üstünlüyə malik olsalar da uğursuzluğa düçar oldular. Qeyd edək ki, onlar nə qədər piyada döyüş maşını və tankları, onların çoxluğu ilə öyünə bilərdilərsə, lakin rusların nə normal inteqrasiya olunmuş hava hücumundan müdafiəsi, nə normal rabitəsi, nə də zirehli maşınlarında normal qoruyucu zirehlər var idi.

Məhz elə ona görə də onlar müvəqqəti irəliləyişə nail ola bildilər.

Maraqlıdır ki, Böyük Britaniya Müdafiə naziri Ukraynadakı müharibənin NATO-nun ümumi hərbi planlarına ciddi təsir edəcəyini də istisna etmir.

Uollesin sözlərinə görə, Soyuq Müharibə dövründə hər birimizin öz yerləri var idi və hamımız Almaniya sərhədinin hansı hissəsinə yerləşdiriləcəyimizi bilirdik. Vəziyyət o detallara qədər gəlib çıxmışdı ki, pilotlar bir növ “D-Day” üçün bütün hədəflərini dəqiq bilirdilər. Amma bundan sonra mən eyni səviyyədə təfərrüata malik olacağımızı gözləmirəm. Əslində bu o deməkdir ki, NATO ümumi hərbi planın nədən ibarət olduğunu və Böyük Britaniyanın bu planda hansı rol oynadığını aydınlaşdırmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə