Ötən bazar Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda uduzan prezident Jair Bolsonaro iki gündür davam edən sükutu pozaraq mətbuat konfransı keçirib. SİA xəbər verir ki, Bolsonaro 2 dəqiqəlik çıxışında ona səs verən 58 milyon braziliyalıya təşəkkür edib və ölkə daxilində seçicilərinin təşkil etdiyi etirazlara toxunub.
Etirazların gərgin seçki prosesində vətəndaşların yaşadıqları qəzəb və ədalətsizlik hissləri nəticəsində ortaya çıxdığını bildirən Bolsonaro seçicilərinə müraciət edərək, aksiyalarını dinc üsullarla həyata keçirmələrini istəyib və “Solçuların hərəkətləri daşıma hüququna mane olmaq, ictimai və şəxsi əmlaka zərər vermək bizim üsullarımız arasında deyil”-deyib.
Bolsonaro həmçinin bildirib ki, o, həmişə antidemokratik olmaqda ittiham olunub, lakin heç vaxt konstitusiyadan kənara çıxmayıb. Bolsonaronun çıxışında Lulanın adını çəkməməsi və ya təbrik etməməsi diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB