""Twitter" hesabları ödənişli olacaq" - İLON MASK

""Twitter" hesabları ödənişli olacaq" - İLON MASK

"Tesla" və "SpaceX" kimi şirkətlərin baş meneceri olan milyarder iş adamı İlon Mask, nəhəng sosial media platforması "Twitter"i satın aldıqdan dərhal sonra mavi işarəli hesabların ödənişli olacağı "bomba"sını partladıb.

Mask həmin hesablar üçün təyin olunan məbləğin ayda 8 dollar olduğunu açıqlayıb. Mask "Twitter" hesabında etdiyi şərhdə, "Twitter-in mavi işarəsi olan və ya olmayanlar üçün hazırkı lordlar/kəndlilər sistemi axmaqlıqdır. Bu işarə ayda 8 dollardır" dedi.

Sözügedən rəqəmin ölkədən-ölkəyə dəyişə biləcəyini ifadə edən Mask, ayda 8 dollar ödəyən insanların platformada bir çox sahədə önə çıxacağını, daha uzun video və audio paylaşa biləcəklərini, yarı nisbətdə reklam görəcəyini bildirib. Mask əlavə edib: "Bu üsul "Twitter" üçün məzmun istehsalçılarını mükafatlandırmaq üçün gəlir qapısı açacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə