Fransa 1945-ci ildən bəri ən isti oktyabr ayını elan edib

Fransa 1945-ci ildən bəri ən isti oktyabr ayını elan edib

Fransa 1945-ci ildən bəri ən isti oktyabr ayını elan edib. SİA xəbər verir ki, Fransa Meteorologiya İnstitutunun verdiyi açıqlamaya görə, Fransa 1945-ci ildən bəri ən isti oktyabr ayını yaşayıb.

Bu ay ölkə üzrə havanın temperaturu orta hesabla 17 dərəcə, yəni mövsüm normalarından 4-5 dərəcə yüksək olub. Oktyabrın ikinci yarısında Fransada da qeyri-adi isti dövr qeydə alınıb. Korsika adasının Fiqari kəndində oktyabrın 23-də havanın temperaturu 32,5 dərəcəyə, ölkənin cənubundakı Bordo şəhərində isə oktyabrın 16-da 30 dərəcəyə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə