“Kəmərlərə nəzarət etmək Rusiya hakimiyyəti üçün çətindir”

“Kəmərlərə nəzarət etmək Rusiya hakimiyyəti üçün çətindir”

Rusiyanın “Qazprom” şirkətinin nümayəndələrinə Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində partlayışların baş verdiyi iddia edilən əraziyə baxış keçirməyə icazə verilib.

SİA xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin dünən Soçidə keçirdiyi mətbuat konfransında bildirib.

Putinin sözlərinə görə, ərazidə iki krater aşkar edilib - dərinliyi üç və beş metr. “40 metr uzunluğunda boru qopub, ümumilikdə borular 259 metr kənara çıxıb”. Borunun cırılmış bir hissəsi 90 dərəcə əyilmiş və 40 metr kənara “Şimal axını 2”yə doğru atılmışdı.

Görünür, bunun partlayış nəticəsində zədələndiyini deyən Putinin sözlərinə görə, “bu, açıq-aşkar terror aktıdır", - deyə əlavə edib.

Maraqlıdır ki, Rusiya prezidenti kəmərə nəzarət etməyin Rusiya hakimiyyəti üçün çətin olduğunu da etiraf edib, çünki kəmər həm də , Danimarka, İsveç və daha sonra Almaniyanın xüsusi iqtisadi zonasındadır.

Putin Rusiyanın qaz kəmərlərini özünün partlada biləcəyi ilə bağlı təkliflərdən də qəzəblənib. “Belə cəfəngiyyatı təsəvvür etmək çətindir”-deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə