Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskiyə Parisin Kiyevə hava hücumundan müdafiəni gücləndirməyə kömək edəcəyinə söz verib.
SİA xəbər verir ki, bu barədə Yelisey sarayının saytında iki dövlət başçılarının telefon danışıqlarının yekunu üzrə dərc edilmiş məlumatda deyilir.
Qeyd edək ki, çərşənbə axşamı, noyabrın 1-də baş tutan söhbət zamanı ölkə liderləri Ukraynadakı vəziyyəti müzakirə ediblər. Makron həmçinin Zelenskini əmin edib ki, Fransa mümkün qədər tez Kiyevə hərbi dəstəyi artırmaq üçün bütün resursları səfərbər edəcək.
Bundan əlavə, Fransa prezidenti Ukraynaya qarşıdan gələn qışa hazırlaşmağa kömək etmək əzmində olduğunu da bildirib.
Belə ki, iki prezident qışda ölkənin vətəndaş müqavimətini dəstəkləmək üçün dekabrın 13-də Parisdə beynəlxalq konfrans təşkil etmək barədə razılığa gəliblər.
Deyilənə görə, bu məqsədlə yaxın vaxtlarda Ukraynanın digər tərəfdaşları ilə hazırlıq işlərinə başlanılacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB