Çin Ukrayna taxılının ixracına yardım təklif edib

Çin Ukrayna taxılının ixracına yardım təklif edib

Çin hakimiyyəti Ukraynadan taxıl ixracı ilə bağlı “beynəlxalq konsensusun möhkəmlənməsinə” kömək etməyə hazırdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib.

“Biz qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə fəal töhfə verməyə hazırıq”- deyən diplomat Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırıb.

Maraqlıdır ki, Çjao Litszyan, Çinin taxıl ixracında başqa hansı yardımı göstərməyə hazır olduğunu açıqlamayıb.

Qeyd edək ki, oktyabrın 29-da Moskva Sevastopolda pilotsuz təyyarələrin Qara dəniz donanmasının gəmilərinə hücumundan sonra qida sazişində iştirakını dayandırdığını elan edib. Rusiya buna səbəb kimi, zərbələrin Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini hesab göstərir.

Bu arada Almaniya da Rusiyanı sazişə qayıtmağa çağırsa da, lakin BMT və Türkiyə Ukrayna ilə birlikdə taxıl ixracını davam etdirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə