Ermənistanın müdafiə naziri generallarla görüş keçirib

Ermənistanın müdafiə naziri generallarla görüş keçirib

Ermənistanın müdafiə naziri Suren Papikyan ordunun ali rəhbərliyinin iştirakı ilə işgüzar iclas keçirib. SİA bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Silahlı Qüvvələrdə görülən işlərlə bağlı bir sıra məsələlər, xüsusilə qış mövsümünə hazırlıq tədbirləri, mühəndis-texniki təminat məsələləri müzakirə olunub.

Müdafiə naziri birlik rəislərinə müvafiq tapşırıqlar verib.

Papikyana oktyabrın 14-də keçirilən işçi görüşdə verilən tapşırıqların icrasının gedişi barədə də məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə