Pakistan Rusiyadan 300 min ton buğda idxal etməyə hazırlaşır.
SİA xəbər verir ki, bu barədə yerli mətbuat orqanlarının yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, ölkənin gəlir və maliyyə naziri İshak Darın başçılıq etdiyi İqtisadi Koordinasiya Komitəsi Rusiyadan buğda idxalını nəzərdə tutan planı təsdiqləyib.
Sənədə əsasən, Pakistan Rusiyadan 300 min ton buğda idxal edəcək.
Pakistanın Rusiyadan alacağı bir ton buğdaya 372 dollar ödəyəcəyi bildirilir.
Buğdanın noyabrın 1-dən yanvarın 15-dək daşınması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB