Rusiya iş adamları ölkəni niyə tərk edirlər?

Rusiya iş adamları ölkəni niyə tərk edirlər?

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov sahibkar və “Tinkoff Bank”ın keçmiş sahibi Oleq Tinkov və ingilis fintech startap “Revolut”un qurucusu

Nikolay Stronskinin Rusiya vətəndaşlığından imtina qərarına münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Kreml nümayəndəsinin sözlərinə görə, iş adamlarının belə hüququ var, onlar ölkədə faktiki olaraq bizneslərini itiriblər,

Qeyd edək ki, bir müddət bundan əvvəl “Forbes” jurnalı şirkət nümayəndəsinə istinadən Storonskinin Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldiyini yazmışdı. Onu da qeyd edək ki, oxşar məlumatı daha əvvəl “Revolut” nümayəndəsinə istinad edən “The Telegraph” nəşri də paylaşmışdı. Nəşr iş adamının Britaniya vətəndaşlığına malik olduğuna da diqqət çəkmişdi. Qeyd edildiyi kimi, sahibkar onu, yəni Britaniya vətəndaşlığını saxlamaq qərarına gəlib.

Xatırladaq ki, ötən gün Oleq Tinkov da Rusiya vətəndaşlığından imtina qərarı barədə məlumat verib. Lakin sonradan yazı sosial şəbəkədən yoxa çıxıb. Maraqlıdır ki, Tinkov yazının sosial şəbəkədən “müəmmalı şəkildə” yoxa çıxdığını da etiraf edib.

Yeri gəlmişkən, bundan əvvəl iş adamı Yuri Milnerin də Rusiya vətəndaşlığından imtina etdiyi bildirilirdi. Qeyd edək k, o, hələ 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasını tərk edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə