Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadan taxıl axınına icazə verən sazişi dayandırmasını pisləyib və taxıl dəhlizi sazişinin dərhal icrasını tələb edib. SİA xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Aİ adından verdiyi açıqlamada Qara Dəniz Taxıl razılaşması sayəsində Ukraynadan dünya bazarlarına 9,5 milyon ton taxıl və ərzaq çatdırıldığını bildirib.
O qeyd edib ki, Aİ Rusiyanın Qara Dəniz Taxıl müqaviləsinin dayandırmasını pisləyir və Rusiyanı qərarından dönməyə və Qara Dəniz Taxıl müqaviləsinin icrasını təcili olaraq bərpa etməyə çağırır.
O, eyni zamanda vurğulayıb ki, onlar BMT-nin baş katibi Antonio Quterreşin taxıl dəhlizi sazişinin uzadılması ilə bağlı çağırışını dəstəkləyirlər.
Xatırladaq ki, qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması sazişi iyulun 22-də İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiyə və BMT arasında imzalanıb. Rusiya oktyabrın 29-da Qara Dəniz Taxıl müqaviləsində iştirakını dayandırdığını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB