Rus bloqqerlər Putin və Medvedevə müraciət ediblər

Rus bloqqerlər Putin və Medvedevə müraciət ediblər

Rusiyalı bloqqerlər dövlət başçısı Vladimir Putindən və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevdən “Instagram” və “Facebook”un sosial şəbəkəsinin blokdan çıxarılmasını xahiş ediblər.

Qeyd edək ki, “Instagram” və “Facebook”un məxsus olduğu Amerika transmilli “Meta” holdinq şirkəti Rusiyada ekstremist kimi tanınır və... qadağan edilib.

SİA “Vedomosti”ya istinadən xəbər verir ki, müraciət Federasiya Şurası yanında bloggerlər şurasının koordinatoru Valeri Rytvinanın adından ünvanlanıb.

...“Vedomosti” eyni zamanda prezidentin mətbuat katibi Dmitri Peskov və Dmitri Medvedevin nümayəndəsinə də bununla bağlı sorğu göndərildiyini yazıb.

Amma maraqlıdır ki, sorğunu hələ almadıqlarını deyən Medvedevin nümayəndəsi, ona görə də hələ heç bir cavabın hazırlanmadığını bildirib.

Təşəbbüs müəlliflərinin fikrincə, bu sosial şəbəkələrin bloklanmasından sonra Rusiya haqqında müsbət imici formalaşdırmaq üçün effektiv kanal itirilib. Bu,da Rusiya Federasiyasının internetdəki mövqeyini itirməsinə səbəb olub.

Həmçinin qeyd edilir ki, bir çox Rusiya vətəndaşı “Instagram” və “Facebook”a daxil olmaq üçün müxtəlif VPN xidmətlərindən istifadə edir ki, bu da istifadəçiləri şəxsi məlumatlarının itirilməsi ilə hədələyir.

Sorğuda o da qeyd olunur ki, bu sosial şəbəkələrin bloklanması səbəbindən bu gün bir çox sahibkarlar biznesdə xeyli problemlərlə üzləşiblər.

Xatırladaq ki, “Instagram” rəhbərliyinin anti-Rusiya mövqeyinə görə, bu şəbəkə 2022-ci ilin martında Rusiyada bloklanıb. Bundan bir müddət sonra, dəqiq desək, sentyabrda Yeni Xalq Partiyasının lideri Aleksey Neçaev “yaxşı davranış” üçün sosial şəbəkənin blokdan çıxarılmasını da təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə