Putin Ukraynaya xəbərdarlıq etdi

Putin Ukraynaya xəbərdarlıq etdi

Putin etiraf edib ki, Ukraynadakı obyektlərə endirilən zərbələr Sevastopoldakı terror aktına cavabdır. SİA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin Ukraynadakı infrastruktur obyektlərinə endirdiyi zərbələrin Sevastopoldakı terror hücumuna cavab olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Qismən belədir. Amma bu, edə biləcəklərimizin hamısı deyil", - deyə Putin xəbərdarlıq edib.

Qeyd edək ki, oktyabrın 29-u Krımda Rusiyanın Qara dəniz donanmasının gəmilərinin olduğu Sevastopol buxtasına pilotsuz uçuş aparatları ilə hücum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə