ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişindən çıxmasından narahat olduqlarına və xüsusilə inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrin bu təşəbbüsün dayandırılmasından təsirlənəcəyinə diqqət çəkib. SİA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Türkiyə, Ukrayna və Rusiya arasında imzalanan və milyonlarla ton buğdanın daşınmasına şərait yaradan müqavilənin yerinə taxılın quru yolu ilə daşınmasının mümkün olub-olmayacağı sualını cavablandırarkən Prays aşağıdakı ifadələrdən istifadə edib: "Ukraynanın hələ Taxıl Təşəbbüsü qüvvəyə minməmişdən əvvəl öz buğdasını quru yolu ilə daşımaq imkanı var idi. Deməli, təbii ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin əvvəlindən təkcə Qara dəniz deyil, həm də quru yolları müəyyən dərəcədə funksional olub. Təbii ki, biz ukraynalı tərəfdaşlarımızla birlikdə quru nəqliyyatının effektiv olub-olmayacağını görəcəyik, lakin Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracını heç nə əvəz edə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB