Ukrayna hərbçiləri artıq Luqansk vilayətində 9 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu telemarafonun efirində Luqansk OVA-nın rəhbəri Sergey Qayday deyib.
Onun dediyinə görə, bu gün 9 yaşayış məntəqəsi işğaldan azad edilib. “...Ümid edirəm ki, müdafiəçilərimiz hər həftə bu rəqəmi artıracaqlar”, - o əlavə edib.
Luqansk OVA rəhbərinin sözlərinə görə, Beloqorovka əraziləri, eləcə də Svatovo və Kremennaya əraziləri cəbhə xəttində isti ərazilər olaraq qalır. O qeyd edib ki, ruslar Ukrayna Silahlı Qüvvələrini Beloqorovkadan sıxışdırıb çıxarmağa çalışırlar. Amma buna baxmayaraq, Svatovo və Kremennaya istiqamətində Ukrayna qüvvələri düşməni geri itələyir.
Qayday onu da əlavə edib ki, ruslar azad edilmiş Nevskini qradlarla örtürlər. Oradan insanlar təxliyə edilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB