“Zaporojyedə xeyli muzdlu var...”

Roqov: “Muzdlular arasında polyaklar, gürcülər və çeçen döyüşçülər üstünlük təşkil edirlər”
“Zaporojyedə xeyli muzdlu var...”

Ukraynanın nəzarətində olan Zaporojye şəhərində Polşadan, Gürcüstandan olan muzdlular və çeçen döyüşçüləri 7000-dən çox qrup təşkil edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu bazar ertəsi TASS-a “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bildirib.

“...Bu kateqoriyalar haqqında konkret danışsaq, onların sayı yeddi mindən çoxdur. Çeçen döyüşçüləri, polyaklar və gürcülər qarşılıqlı əlaqə qurmağa başlayıblar” - deyən Roqovun sözlərinə görə, şəhərdə muzdlular arasında polyaklar, gürcülər və çeçen döyüşçülər daha üstünlük təşkil edirlər.

“Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri şəhərdə “Kraken” batalyonunun çoxlu sayda silahlısı olduğunu da bildirib.

Roqov həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye şəhərinin 90-a yaxın sosial obyektini və ən azı 18 iri müəssisəsini zəbt edib, orada hərbi texnika yerləşdirdiklərini də bəyan edib.

Rus saytlarının yazdığına görə, guya Kiyev hazırda Zaporojye vilayətinin 72-73 faizinə nəzarəti itirib.

...Amma region əhalisinin demək olar ki, yarısının yaşadığı Zaporojye şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında qalır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə