Türkiyədə Osmaniye Dövlət Xəstəxanası Əlavə Xidmət Binasının təcili yardım şöbəsinə ayağın burxulması şikayəti ilə gələn adını öyrənmək mümkün olmayan vətəndaş xəstəxananı çirkləndirməmək üçün təcili yardım otağının qapısında ayaqqabısını çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ayaqqabıları palçıqlı olduğu üçün çirkli olduğunu bildirib.
Dostunu müşayiət edən vətəndaş da belə edib. Ürək açıcı anlar anbaan xəstəxananın təhlükəsizlik kamerasına əks olunub. Kadrlarda palçıqlı ayaqqabılarını çıxardıqdan sonra FH-də qeydiyyatdan keçən iki dostun rentgenə getdiyi görünür.
Sıra gözləyərkən xəstəxana işçiləri iki dostun ayaqlarının çılpaq olduğunu görüb, geyinmələri üçün ayaqqabı örtüyü gətiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB