"İham Əliyev öz mövqeyini açıqca ortaya qoydu" SİYASİ EKSPERT AÇIQLADI

"Bu gün Soçidə Rusiya, Ermənisatan və Azərbaycan dövlət başçıları arasında baş tutacaq görüşün nəticəsindən ciddi irəlləyiş gözləmirəm". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elçin Abdullayev bildirib.

Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycan prezidenti İlham Əliyev öz mövqeyini açıqca ortaya qoyaraq, ölkəsinin sülhə hazır olduğunu bəyan edib: " Ermənistan və Rusiya isə Azərbaycandan fərqli olaraq sülh danşıqları məsələsində imitasiya ilə məşğuldular. Onlar istəyirlər ki, Azərbaycanla sülh sazişini imzalanmasın. Ya da bacardıqları qədər uzatsınlar ki, bölgədəki konflikt öz həllini tapmasın. Dünən Xankəndində keçirilən mitinqdə səslənən şüarlar bir daha göstərir ki, həm Moskva, həm də İrəvan sülhün tərəfdarı deyillər. Baxmayaraq ki, 10 noyabr sazişinin bağlanmasından az qala iki il ötür, hələ də məlum sazişə tam əməl olunmur. Bu isə Azərbaycan tərəfini qaneə edə bilməz. Məhz bu səbəbdən prezident İlham Əliyev və digər Azərbaycan rəsmiləri dəfələrlə sərt şəkildə Rusiya və Ermənistanı 10 noyabr sazişinə əməl etməməkdə qınayıb. Hadisələrin bu cür davam edəcəyi təqdirdə Bakının ortaya qoya biləcəyi tələb aydındır. "Rus "sülhməramlıları" öz missiyasını yerinə yetirə bilmədiyi üçün Qarabağdan çıxarılsın." Bakının belə bir mövqe ortaya qoyacağını başa düşən Rusiya və Ermənistan önləyici tədbirlər görməyə can atırlar. Xankəndi mitinqi, Paşinyanın ruslar Qarabağda ən azı 15 il qalmalıdır kimi sərsəm bəyanatı bir öncəki fikirimizin təsiqidir".

Siyasi ekspert qeyd edib ki, əsasən də Kreml Bakı ilə İrəvan arasında barışığın əldə olunmaması üçün əlindən gələni edir: "Bu da onunla bağlıdır ki, Moskva Ukraynada böyük bir bataqlığa düşdüyünün fərqindədir. Kreml, gözəl anlayır ki, hər ötən gün zaman Rusiyanın əlehinə işləyir. Hər gün qan itirən Rusiya nəinki, dünya üzərində, eyni zamanda regionda təsir imkanlarını əlindən verir. Ona görə də heç olmasa Qafqazadakı varlığını sürdürmək niyyətini güdür. Moskvanın Qafqazdakı yeganə təsir rıçaqı isə Qarabağ kartıdır. Onun da demək olar ki, 95 faizi Rusiyanın əlindən alınıb. 5 faiz isə sülhməramlı adı altında Qarabağa yerləşdirdiyi qoşunlarıdır. Kremilə görə Qarabağdan rus qoşunlarının çıxarılması Rusiya üçün həyati məna kəsb edir. Bu səbəbdən hər vəchlə çalışır ki, öz varlığını Qafqazda hiss elətdirsin. Amma Kreml nəzərə almır ki, hal-hazırda siyasi, iqtisadi və hərbi tənhalıq dövrünü yaşayan Rusiyaya bölgədə konflikt lazım deyil. Bəli, zamanında bu konflikləri Moskva yaratmışdı. Məhz həmin yalnış siyasətin nəticəsində, bütün qonşu xalqları özünə düşmən etdi. Özünü düşdüyü vəziyyət isə bəllidir. Rusiya SSR-dən ayrılan respublikalara böyük dövlət olaraq təhlükəsizlik qarantı vermədi. Kreml özünü post-sovet respublikalarının müdafiçisi rolunda göstərməyə çalısada, təkcə Qarabağ məsələsində oynadığı oyun təqsdiqləyir ki, Moskva həqiqi himayəçi rolunda çıxış edə bilmir. Belə bir durumda Soçi görüşündən nələrisə gözləmək mənə görə yalnışlıq olardı. Ümumiyyətlə təəssüflə qeyd edim ki, bu gedişatla yaxın zamanlarda Ermənistanla-Azərbaycan arasında sülh sazişinin bağlanacağına şahidlik etməyəcəyimizi söyləmək məcburiyyətindəyəm".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə