Moskvada güclü yanğın baş verib: zavodlardan biri yanıb...

Moskvada güclü yanğın baş verib: zavodlardan biri yanıb...

Rusiyanın paytaxtı Moskvada mayın 2-də axşam saatlarında süni daş istehsalı zavodunun binasında yanğın baş verib.

SİA obozrevatel.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.

Yanğının 2,5 min kvadratmetr ərazini əhatə etdiyi deyilir.

Deyilənlərə görə, yanğın 3-cü mərtəbədəki mebel sexində baş verib.

1000 kvadratmetrlik dam örtüyü qismən uçub.

Aviasiyanı səmaya qaldırmalı olublar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə