Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Cümə günü günorta saatlarında Şri-Lankanın şərq əyalətinin Ampara şəhərində iki avtobusun toqquşması nəticəsində 25-i məktəbli olmaqla, 33 nəfər yaralanıb. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Qəza 14:30 radələrində məktəb avtobusunun sərnişin daşıyan avtobusla toqquşması nəticəsində baş verib.

Yaralılar Ampara xəstəxanasında müalicə olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə