Çavuşoğlu Cənubi Koreyalı həmkarı başsağlığı verib

Çavuşoğlu Cənubi Koreyalı həmkarı başsağlığı verib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Koreyanın paytaxtı Seulda onlarla insanın ölümünə səbəb olan izdihamla bağlı başsağlığı verib. SİA xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Çavuşoğlunun Cənubi Koreyalı həmkarı Parka Seulda izdihamda həyatını itirənlər üçün başsağlığı verdiyi bildirilib. Cənubi Koreyalı həmkarı Parkın da başsağlığı üçün Çavuşoğluna təşəkkür etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə