Rusiya ilə Çin arasındakı münasibətlər...inkişaf edir

Rusiya ilə Çin arasındakı münasibətlər...inkişaf edir

Çin-Rusiya münasibətləri yeni dövrə qədəm qoyub və bütün sahələrdə yüksək davamlı inkişaf səviyyəsini nümayiş etdirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çinin sədri Si Cinpinin Rusiya-Çin Dostluq Cəmiyyətinin 65 illik yubileyi münasibətilə təbrik teleqramında deyilir.

“...Hazırda yeni dövrə qədəm qoyan Çin-Rusiya hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr yüksək davamlı inkişaf səviyyəsini nümayiş etdirir, müxtəlif sahələrdə əməkdaşlıq və mübadilələri durmadan dərinləşdirir. Ölkələrimizin xalqları arasında dostluq daim möhkəmlənir ki, bu da öz növbəsində ikitərəfli münasibətlərin inkişafına təkan verib. Çin və Rusiya arasında xalqlar dostluğu üçün geniş perspektivlər və böyük potensial var”.

Bunu Çin lideri bildirib.

Qeyd edək ki, müraciətin mətnini bazar günü Çinin Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Sun Veydonq qala-konsertdə oxuyub.

...Si Cinpin qeyd edib ki, Rusiya-Çin Dostluq Cəmiyyəti 65 illik mövcud tarixində “dostluq ruhuna sadiq qalıb” və bu gün də bir sıra mühüm vəzifələri həll etməkdə davam edir.

...Ümid edirəm ki, Rusiya-Çin Dostluq Cəmiyyəti özünün ən yaxşı mövqelərini inkişaf etdirərək, daha da böyük rol oynayacaq və ölkələrimizin xalqlarının güclənməsinə öz töhfəsini verəcəkdir.

Bunu da Çin lideri bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə