NATO Moskvanı “taxıl sazişini” təcili bərpa etməyə çağırıb

NATO Moskvanı “taxıl sazişini” təcili bərpa etməyə çağırıb

Bazar günü, oktyabrın 30-da Şimali Atlantika Alyansı BMT-nin vasitəçiliyi ilə bağlanmış “taxıl müqaviləsini” təcili bərpa etmək tələbi ilə Moskvaya müraciət edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters “yazır.

Beləliklə, NATO-nun sözçüsü Oana Lunqesku Rusiya prezidenti Vladimir Putini sazişi dayandırmaq qərarına yenidən baxmağa və onu təcili şəkildə bərpa etməyə çağırıb.

O vurğulayıb ki, bu, qidaya ən çox ehtiyacı olan ölkələrə çatdırılmağa imkan verəcək.

Bundan əlavə, Lunqesku Putini ərzaqdan silah kimi istifadəni və ümumiyyətlə Ukraynadakı xüsusi əməliyyatı dayandırmağa çağırıb.

Xatırladaq ki, daha əvvəl NATO nümayəndələri kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı sövdələşmənin uzadılmasının zəruriliyini elan etdikləri bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə