Rusiyaya İranın pilotsuz təyyarələrini Tacikistan verir?

Rusiyaya İranın pilotsuz təyyarələrini  Tacikistan verir?

Tacikistan Xarici İşlər Nazirliyi ukraynalı jurnalist və bloger Dmitri Qordonun Tacikistanın Ukraynanın şəhər və kəndlərinə hücum etmək üçün Rusiyaya pilotsuz təyyarələr verməsi barədə bəyanatını təkzib edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Tacikistan Xarici İşlər Nazirliyinin oktyabrın 30-da nazirliyin saytında dərc olunmuş mesajında ​​deyilir: “Biz ukraynalı bloger Dmitri Qordonun 28 oktyabr 2022-ci ildə onlayn proqram zamanı səsləndirdiyi sözləri təkzib edirik”.

...Qeyd edək ki, Qordon İranın pilotsuz uçan aparatlarnın Tacikistan vasitəsilə Rusiyaya ötürüldüyünü bildirib. Tacikistan rəhbərliyi isə heç bir üçüncü ölkələrə hərbi texnika ixrac etmədiyini bəyan edir.

O da qeyd edilir ki, bundan əvvəl Dmitri Qordon “Visiting Qordon” YouTube kanalında, İran pilotsuz təyyarələrinin guya Özbəkistanda istehsal olunduğunu bildiribmiş.

Sonradan Özbəkistan ukraynalı bloqqerin sözlərini təkzib edib və növbəti verilişdə Qordon “əslində Tacikistanı nəzərdə tutduğunu” bildirib

Bütün deyilənləri təkzib edən Tacikistan rəhbərliyi, Qordona bu cür şərhlərə diqqətlə yanaşmağı və yayılan məlumatların düzgünlüyünü yoxlamağı tövsiyə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə