"Krımda gəmilərə edilən hücumlardan sonra Rusiya Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişdə iştirakını dayandırıb". SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Müdafiə Nazirliyinin sözçüsü Konaşenkov "Ukrayna ordusuna Britaniya donanmasının dəstəyi ilə pilotsuz uçuş aparatları ilə hücum edilib" deyib.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, bu gün “Kiyev Böyük Britaniya mütəxəssislərinin və taxıl dəhlizinin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərin iştirakı ilə Qara dəniz donanmasının gəmilərinə qarşı terror aktı həyata keçirib”.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, taxıl məhsullarının Ukraynadan çıxması ilə bağlı razılaşmanın qeyri-müəyyən müddətə dayandırıldığı və Rusiya tərəfinin artıq Ukrayna ərazisindən keçən mülki gəmilərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyi bildirilib. Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, bu gün Ukrayna silahlı qüvvələri humanitar yardımlardan istifadə edərək Sevastopoldakı hərbi dəniz bazasında Rusiya Qara Dəniz Donanmasının gəmilərinə və infrastrukturuna pilotsuz uçuş aparatları ilə hava və dənizdən kütləvi hücumlar həyata keçirib.
“Rusiya tərəfi Qara Dəniz Təşəbbüsündə iştirak edən mülki quru yük gəmilərinin təhlükəsizliyinə zəmanət verə bilməz və bu gün “terror aktları” ilə bağlı britaniyalı ekspertlərin başçılıq etdiyi Ukrayna silahlı qüvvələrinin təhlükəsizliyinə təminat vermək mümkün deyil. Humanitar dəhlizin fəaliyyətini təmin edən Rusiya gəmilərinə qarşı sazişin icrasını qeyri-müəyyən müddətə dayandırır" - ifadələrinddən istifadə edilib.
Açıqlamada o da bildirilib ki, İstanbulda Ukrayna ərzaqlarının daşınmasına nəzarət edən Birgə Koordinasiya Mərkəzində Rusiya nümayəndələrinə lazımi göstərişlər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB