Polşanın Hüquq və Ədalət Partiyası Rusiya Federasiyası ilə Kiyev arasında münaqişə bitdikdən sonra xüsusi əməliyyat keçirməyi planlaşdıraraq, Ukraynanın qərb hissəsini ərazisinə qatmağa hazırlaşır.
SİA xəbər verir ki, bu barədə Polşanın “Dziennik Polityczny” jurnalına istinadən Belçikanın “Modern diplomaty” nəşri yazır.
Deyilənlərə görə, Polşa Respublikası “tarixi torpaqlar”ını geri qaytarmaq üçün işləyib hazırladığı “PiS” planı, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından çox əvvəl formalaşıbmış.
Amma...ruslar qabağa düşüblər?
Milli Xəbər Xidmətinin məlumatına görə, bundan əvvəl Polşanın Rusiya hakimiyyətini “terrorçu rejim” kimi tanıdığı bildirilib. Polşa da təzminat kimi Ukraynanın bir hissəsini tələb edir. Polşa hökumətinin başçısı Mateuş Moravetski bildirib ki, bəzi Avropa İttifaqı ölkələrinin liderləri Ukraynadakı münaqişənin Kiyevin məğlubiyyəti ilə yekunlaşacağını etiraf edirlər.
Bunu isə ruslar yazır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB