Türkiyənin ilk elektrik avtomobil zavodu fəaliyyətə başlayıb

Türkiyənin  ilk elektrik avtomobil zavodu fəaliyyətə başlayıb

...Bu gün Türkiyənin Gemlik şəhərində prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə istehsalı olan ilk seriyalı elektrik avtomobili “TOGG”nin istehsalı zavodunun rəsmi açılış mərasimi keçirilib.

“Türkiyə Avtomobil Təşəbbüs Qrupu (TOGG) ildə beş modeldən 175 min avtomobil istehsal etməyi planlaşdırır. Dövlət 31 dekabr 2035-ci ilə qədər onlardan 30 minini almaq niyyətindədir.

...Türkiyə bu layihəni 60 ildir ki, gözləyirdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ərdoğan zavodun açılışı ilə bağlı keçirilən mərasimdə bildirib. Bununla yanaşı o, zavodun bünövrəsini ümummilli meqalayihələr zəncirinin “qızıl halqası” adlandırıb.

Qeyd edilir ki, yeni avtomobillərin modellər iki versiyada istehsal olunacaq: sedan və SUV.

Avtomobilin yaradıcıları , avtomobillərdən hər hansı birinin akkumulyatorunu doldurmağən 30 dəqiqədən çox çəkməyəcəyini və bu, 500 kilometrə qədər məsafə qət etməyə imkan verəcəyini iddia edirlər.

Ötən il noyabrın əvvəlində İstanbulda TOGG elektrik SUV prototipinin müxtəlif sistemləri sınaqdan keçirilib. Dörd sərnişini olan elektromobil 100 km/saata 4,8 saniyəyə sürətlənib.

Onu da bildirək ki, avtomobilin qiyməti hələ açıqlanmayıb və bu, bazardakı rəqabət qabiliyyətindən asılı olacaq.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Türkiyədə ilk yerli avtomobillərin prototipləri - SUV C seqmentinin elektrik krossoveri və elektrik sedanı təqdim edilib. Layihəyə investisiyalar 22 milyard türk lirəsi (3,7 milyard dollar) təşkil edəcək ki, bu da müəssisəyə 13 il ərzində yatırılacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə