Beləliklə, eşitməmiş olmazsınız, deməli, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Paul Pelosi cümə günü San-Fransiskodakı evində çəkiclə döyülüb. O, kəllə sınığı ilə xəstəxanaya yerləşdirilib və deyilənə görə, artıq əməliyyat da olunub.
Əslində, hücum Nensiyə olunacaqmış. Deyim ki, bunu mən demirəm, belə deyirlər. Amma arada...deyirəm, kasıbın...balası gedəcəkdi.
Polis bildirir ki, hücum edən şəxs evdə olarkən Paul Pelosi onun ayaq səslərini eşidib və 911-ə zəng edə bilib. Dispetçer arxa fonda kiminsə zəng edən şəxsi hədələdiyini eşidib və hüquq-mühafizə orqanlarına “yüksək prioritet xəbərdarlığı göndərib”.
Hadisə yerinə gələn polislər zorla içəri daxil olma izlərini, o cümlədən şüşənin sındığını, həmçinin təcavüzkarın qurbanla mübarizə apardığını görüblər.
“Polislərimiz cənab Pelosi ilə şübhəlinin çəkic uğrunda mübarizə apardığını görüblər. Daha sonra şübhəli Pelosinin əlindən çəkici götürərək ona hücum edib”, - San Fransisko polis rəisi Uilyam Skott bildirib.
Rəisin sözlərinə görə, məhz dispetçer və polis Pol Pelosinin “həyatını xilas ediblər”.
Eyni zamanda, polislər Pol Pelosini döyənin “Nensi haradadır?”-deyə ondan soruşduğunu eşidiblər.
Maraqlıdır ki, polis bu məlumatı şərh etməyib, lakin bunun “təsadüfi bir hərəkət” olmadığını, məqsədyönlü olduğunu bildirib.
Şübhəli şəxs - 42 yaşlı David Ueyn DePape artıq saxlanılıb. O, adam öldürməyə cəhd, təhlükəli silahla hücum, yaşlılara qarşı zorakılıq, oğurluq və bir sıra digər ağır cinayətlərdə ittihamlarla üzləşəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Nensinin ərinin döyülməsi ilə bağlı hadisə, Konqres üzvlərini və onların ailələrinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB