2035-ci ilədək Avropada benzinlə işləyən avtomobil olmayacaq

2035-ci ilədək Avropada benzinlə işləyən avtomobil olmayacaq

Avropa Parlamenti və Avropa İttifaqı ölkələri 2035-ci ilə qədər yeni benzin və dizel avtomobillərinin və ya furqonların satışını qadağan edən saziş imzalayıb.

Avropa Parlamentinin ətraf mühit komitəsinin sədri Paskal Kanfen sənədi “tarixi qərar” adlandıraraq, “...hazırda Avropanın emissiyalarının 16 faizini təşkil edən bu sektorun 2050-ci ilə qədər karbondan təmizlənəcəyini” bildirib.

Beynəlxalq ətraf mühit təşkilatı “Qrinpis” razılaşmanı tənqid edərək, bunun yalnız siyasətçilərin iqlim dəyişikliyi ilə mübarizədəki çoxsaylı uğursuzluqlarını gizlətdiyini bildirib. Ekoloqların fikrincə, qlobal istiləşmənin 1,5 ° C-dən çox olmaması üçün 2028-ci ilə qədər dizel mühərrikli yeni avtomobillərdən imtina etmək lazımdır.

Alimlər təsdiq etdilər ki, qlobal istiləşməyə əsasən istixana qazları səbəb olur. Bundan əlavə, leysan və istilik dalğaları daha tez-tez və intensiv olur.

Qeyd edək ki, 2022-ci ilin yayında güclü yağışlar Avstraliya, Hindistan, Banqladeş və Çində güclü daşqınlara səbəb olub. Eyni zamanda, Rusiyanın bəzi regionlarında, ABŞ, Yaponiya və Avropa ölkələrində istilər yaranıb.

Qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq və 2030-cu ilə qədər karbon emissiyalarını azaltmağa çalışmaq 2021-ci ilin noyabrında Qlazqoda keçirilən BMT-nin iqlim konfransında razılaşdırılıb. Sammitin yekun razılaşmasını Rusiya da daxil olmaqla iki yüzə yaxın ölkə imzalayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə