Sovet əsgərlərinin daha dörd abidəsi söküldü

Sovet əsgərlərinin daha dörd abidəsi söküldü

Beləliklə, oktyabrın 27-də Polşada sovet əsgərlərinin xatirəsinə ucaldılmış daha dörd abidə sökülüb. Polşa Milli Xatirə İnstitutunun məlumatına görə, söhbət Qlubçitsa və Bıçina şəhərlərindəki “Qırmızı Orduya minnətdarlıq” abidələrindən, həmçinin Bobolitse və Staşov vilayətindəki abidələrdən gedir.

Təşkilatın rəhbəri Karol Navroçki sökülən memarlıq tikililərinin “1945-ci ildən sonra Avropanın yarısını özünə tabe etdirən”, “Polşa fəhlələrini və anti-kommunist müxalifət fəallarını öldürən” sistemin simvolu olduğunu, eyni zamanda “hazırkını ruhlandırdığını” deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Polşada ölkənin dekommunizasiya proqramı çərçivəsində sovet abidələrinin sökülməsinə dair qanun 2017-ci ildən qüvvədədir. Milli Xatirə İnstitutunun məlumatına görə, SSRİ-nin mövcud olduğu dövrdə Polşa ərazisində sovet əsgərlərinə həsr olunmuş 500-ə yaxın abidə peyda olub. Eyni zamanda, Qırmızı Ordunun əsgərlərinin dəfn olunduğu yerlər Polşa dövlətinin himayəsindədir.

Rusiya Ukrayna ərazisini işğal edəndən bəri Baltikyanı ölkələr də SSRİ dövründən qalan abidələri aktiv şəkildə sökməyə başlayıblar. Oktyabrın 27-də Estoniyada Kärdlada (Hiiumaa adası) ucaldılmış sovet abidəsi Hiiumaa Müharibə Muzeyinə verilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə