Polyaklar ruslardan təzminat tələb edirlər...

Polyaklar ruslardan təzminat tələb edirlər...

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşa Xarici İşlər Nazirliyinin nümayəndələrini Rusiyadan İkinci Dünya Müharibəsi üçün təzminat ödəməsini tələb etdikləri üçün onları "degenerasiyaya uğramış" adlandırıb.

Medvedevin fikrincə, Rusiya ya onlara SSRİ-nin sosializm dövründə Polşaya verdiyi “hər şeyin” hesabını hazırlamalı, ya da onlara “murdar hesabla özlərini silməyi” təklif etməli olacaq.

“Hərbi itkilərə” görə Rusiyadan təzminat tələb edən Xarici İşlər Nazirliyindən polşalı degenerativlərə reaksiya verməyin iki yolu var.

Birincisi, onlar SSRİ-nin sosializm dövründə Polşaya verdiyi “hər şeyə görə” hesab hazırlasınlar. Deyim ki, bu yüz milyardlarla dollardır.

İkincisi, öz çirkin hesablamaları ilə özlərini silsinlər. Məlumdur ki, sanksiyalara görə Avropa İttifaqında tualet kağızı xeyli bahalaşıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunları Medvedev deyib.

Qeyd edək ki, bundan əvvəl Varşava Almaniyadan İkinci Dünya Müharibəsindən dəymiş ziyana görə təqribən 1,3 trilyon dollar təzminat tələb edirdi. Berlin isə Almaniyanın artıq kifayət qədər böyük təzminat ödədiyini və Polşa tərəfinin tələblərini təmin etmək üçün heç bir əsas olmadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə