“Fatih” kəşfiyyat-qazma gəmisi hələ də axtarışdadır...

“Fatih” kəşfiyyat-qazma gəmisi hələ də axtarışdadır...

“Fatih” kəşfiyyat-qazma gəmisi Qara dənizdə təbii qaz kəşfiyyatı fəaliyyəti çərçivəsində Çaycuma-1 quyusuna çatıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“Türkiyə Petrolleri Anonim Ortaklığı"nın (TPAO)nin tvitter hesabında edilən paylaşımda “Yeni kəşfiyyat hədəfləri ilə Çaycuma-1 quyusundayıq” ifadəsindən istifadə edilib.

Qeyd edək ki, Qara dənizdə təbii qaz kəşfiyyatı işlərindən sonra Sakarya qaz yatağında 540 milyard kubmetr kəşfiyyat işləri aparılıb.

İstehsal və infrastruktur işlərinin davam etdiyi Qara dəniz bölgəsində təbii qazın 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi hədəflənir.

Bütün xəbərlər Facebook səhifəmizdə