Almaniya prezidenti Frank-Valter Ştaynmayer Bellevue sarayına toplaşanlar qarşısında Almaniya vətəndaşlarının ən qəddar dövr və ən çətin böhranlara tab gətirməyə qadir olduğunu sübut etməyə çağırıb.
Almaniya prezidenti bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı “qəddar işğalçı müharibəsi” artıq Avropanın təhlükəsizlik arxitekturasını tapdalayıb.
Rəqibləri tərəfindən illərlə Rusiya ilə əməkdaşlıq qurmaq səylərinə görə günahlandırılan Ştaynmayer, Vladimir Putin haqqında fikirlərini açıq şəkildə ifadə edib.
Onun sözlərinə görə, Rusiya prezidenti imperiya dəliliyində beynəlxalq hüququ pozub, sərhədləri şübhə altına alıb, əraziləri ələ keçirməyə başlayıb.
Ştaynmayer vurğulayıb ki, Rusiya Ukraynaya hücum etməklə dünyanın iki dünya müharibəsindən öyrəndiyi bütün dərsləri ləğv edib.
Almaniya prezidentinin fikrincə, indi dünya "qarşıdurma fazasında”dır. “Sülh üçün dividendlər artıq xərclənib” deyən Ştaynmayer Almaniya üçün çətin bir dövrün başladığını da gizlətməyib.
Axı Putinin qanunlara, zorakılıqdan qaçmaq və sərhədlərin toxunulmazlığı prinsiplərinə hücumu həm də almanların müdafiə etdiyi hər şeyə hücumdur .
Almaniya cəmiyyətinin bəzi sektorlarında, ilk növbədə ölkənin şərqində skeptiklərə müraciət edən Ştaynmayer, hazırkı məqamda Almaniyanın fəaliyyətsiz qala bilməyəcəyini, ona görə də yüksək xərclərə baxmayaraq, Avropa İttifaqının sanksiyalar seriyasını davam etdirməyin tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, Almaniya prezidenti Almaniyanın bu münaqişədə üçüncü tərəf ola bilməyəcəyini də dilə gətirib.
Almaniyanın diplomatik həll yolları tapmaq üçün hər cür səy göstərəcəyini deyən Ştaynmayer, bununla belə, şər qarşısında xoşməramlılıq kifayət olmadığını da bildirib.
Alman prezidentin fikrincə, “son səkkiz ayda rusların rəzil və misantropik hücumlarını” başqa cür adlandırmaq olmaz.
...Ştaynmayerə görə, ərazilərin verilməsi əsasında sülh bağlana bilməz. Bir neçə gün əvvəl Ukraynaya səfər edən Almaniya prezidenti vurğulayıb ki, “Ukraynada bir çox insanlar üçün onları rus işğalçılarına təslim etmək şər üçün qələbə deməkdir”.
Maraqlıdır ki, Almaniya dövlətinin başçısı ilk dəfə olaraq Rusiya Federasiyası ilə AFR-nin artıq tərəfdaş olmadığını açıq şəkildə bəyan edib. Belə ki, Ştaynmayer, bir çox siyasətçilərin əvvəllər deməyə cəsarət etmədiklərini qeyd edib: iki ölkə indi fərqli cəbhə xəttindədirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB