Ukrayna paytaxtının meri Vitali Kliçko Kiyevə yeni hava hücumundan müdafiə sistemlərinin gətirildiyini və bunun rusların şəhərin infrastruktur obyektlərinə hava zərbələri endirməyi çətinləşdirəcəyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini Ölkənin Siyasəti Telegram kanalı yayıb.
“Hərbçilər məni əmin ediblər ki, indi yeni hava hücumundan müdafiə vasitələri paytaxta gəlib. Səma daha çox qorunacaq. Ümid edirik ki, rusların kamikadze dronları ilə hücumlar artıq baş verməyəcək”, -deyə Kliçko bildirib.
Qeyd edək ki, bütün bu qabaqlayıcı tədbirlər rusların Kiyevə, onun elektrik enerjisi təchizatı obyektlərinə ciddi ziyan vurduğu üçün tətbiq edilib.
Onu da bildirək ki, “Kiyev Regional Elektrik Şəbəkələrində” qeyd edildiyi kimi, Ukrayna paytaxtında və regionun özündə “istehlakın 30 faizi həcmində enerji çatışmazlığı yaranıb”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB