Özbəklərə edilən “üzürxahlıq”...

Özbəklərə edilən “üzürxahlıq”...

Gəl apar, ay kasıb!

Bu arada Rusiyanın Oryol vilayətində tullantıların utilizasiyası zavodunda fəhləlik edən 50-yə yaxın Özbəkistan vətəndaşına Ukraynada döyüşə getmək üçün çağırış vərəqəsi verilib. SİA bununla bağlı xarici qaynaqlara istinad edir.

Qeyd edək ki, özbəklər Rusiya vətəndaşı deyillər, sadəcə olaraq, Rusiyada, mövsümi çalışan əməkçi miqrantlardır. Amma kimə deyəsən?

...Deyilənlərə görə, oktyabrın 26-da çağırış vərəqəsini alan biçarə özbək miqrantlar kömək üçün Özbəkistan prezidenti Şavkat Mirziyoyevə müraciət ediblər. Özbəkistanın Rusiyadakı səfirliyinin əməkdaşları “EcoCity” şirkətinin baş direktoru Yuri Paraxin və həmyerliləri ilə də əlaqə saxlayıblar.

Və baş direktor özbəklərin səfərbərliyə alınmalarının “qarşısını almaq üçün” Rusiya səlahiyyətlilərinə əntiqə birə əsas gətirib. Belə ki, Paraxin “...özbəklər orduya çağırılarsa, bölgə “zibil çöküşü” ilə üzləşəcək”-deyə bildirib.

...Nə bilmək olar? Deyəsən, Paraxinin Rusiya səlahiyyətliləri üçün gətirdiyi “əsas” öz işini görüb.

Belə ki, Sən demə,.. 26 Özbəkistan vətəndaşına səfərbərlik çağırışları... texniki səhv üzündən göndərilibmiş.

Və hərbi komissarlıqda “sənədlər yoxlanıldıqdan sonra” çağırış vərəqələri geri alınıb. Hətta deyilənlərə görə, özbəklərə “üzürxahlıq” da edilib.

Sizi bilmirəm, amma mən... inanıram.

Yeri gəlmişkən, qeyd edək ki, bundan bir müddət əvvəl “MediaHub” Jurnalistika Araşdırmaları Mərkəzi özünün YouTube kanalında Rusiyanın “Vaqner PMC” özəl hərbi şirkətinin Mərkəzi Asiyadan olan miqrantları özəl mühafizə şirkətlərinə işçi kimi cəlb edilmələri ilə bağlı araşdırma dərc etmişdi.

...Araşdırma müəlliflərinin sözlərinə görə, Ukraynadakı müharibədə iştiraka görə aylıq 240 min rubl mükafat təklif edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə